ABŞ və İran arasında qarşılıqlı hücumların yenidən başlaması dünya neft bazarında qiymət artımına səbəb olub.
Reuters-in məlumatına görə, “Brent” markalı neftin bir bareli 78,35 dollara, WTI markalı neft isə 73,62 dollara yüksəlib.
Bahalaşmaya əsas səbəb Hörmüz boğazında neft daşımalarının pozula biləcəyi ilə bağlı narahatlıqdır.

