Dünya bazarlarında neft qiymətləri ucuzlaşıb.
Reuters məlumatına görə, bugünkü ticarət sessiyasında “Brent” markalı neftin qiyməti 0,91 dollar azalaraq 93,34 dollar/barel, ABŞ-ın WTI markalı nefti isə 1,13 dollar ucuzlaşaraq 90,17 dollar/barel səviyyəsinə enib.
Qiymətlərin azalmasına İran və İsrail arasında gərginliyin müvəqqəti səngiməsi fonunda bazarlarda risk narahatlığının qismən azalması təsir edib. Bununla belə, analitiklər regionda vəziyyətin hələ də qeyri-müəyyən olduğunu və neft bazarında dəyişkənliyin davam edə biləcəyini bildirirlər.

