ABŞ Prezidenti Donald Tramp Rusiyadan idxal olunan məhsullara 500 faizlik gömrük rüsumunun tətbiqindən imtina edib.
Bu barədə Ağ Evin yaydığı rəsmi sərəncamda bildirilib.
Sənədə əsasən, Tramp senator Lindsi Qremin adı ilə bağlı qanunun 112 və 113-cü maddələrində nəzərdə tutulan gömrük rüsumlarını tətbiq etməmək qərarına gəlib.
“Qrem qanununun 115(a) maddəsinə uyğun olaraq, həmin qanunun 112 və 113-cü maddələrində, eləcə də bu sərəncamda nəzərdə tutulan bütün gömrük rüsumlarının tətbiqindən imtina edirəm”, – deyə sənəddə qeyd olunub.
Qərarın ABŞ-ın milli maraqlarına uyğun olduğu bildirilib. Bununla belə, Vaşinqton zərurət yaranacağı təqdirdə həmin tədbirləri yenidən tətbiq etmək imkanını saxlayır.

