ABŞ Prezidenti Donald Tramp Kanadanın Amerika şirkətlərinə qarşı “ticarət ayrı-seçkiliyi” apardığını əsas gətirərək bəzi Kanada mənşəli məhsullara 50 faiz əlavə gömrük rüsumu tətbiq olunacağını açıqlayıb.
Qərarın 19 avqustda qüvvəyə minəcəyi bildirilib.
Açıqlamada Kanadanın vergi siyasətinin xüsusilə ABŞ avtomobil sektoruna mənfi təsir göstərdiyi iddia olunub.
Rəsmilər bu siyasətin Amerika avtomobillərinin ixracında ciddi azalmaya səbəb olduğunu, eyni zamanda xarici istehsalçılara haqsız rəqabət üstünlüyü yaratdığını bildiriblər.
1930-cu il Gömrük Tarifi Qanunu çərçivəsində qəbul edilən qərara əsasən, Kanadanın müəyyən məhsullarına 50 faiz əlavə gömrük vergisi tətbiq ediləcək.
Qərarda qeyd olunub ki, Kanadanın bəzi məhsullarına 50 faiz əlavə vergi tətbiqi “zəruri, uyğun və ictimai maraqlara cavab verən” addım kimi qiymətləndirilib.
ABŞ administrasiyası Kanadanın gömrük tarifi sistemini “ayrı-seçkilik xarakterli, bərabərsiz və məntiqsiz” adlandırıb.
Rəsmilər bildiriblər ki, qərarın məqsədi ABŞ istehsalçılarının rəqabət gücünü qorumaq və Kanadanın ticarət siyasətinə cavab verməkdir.

