ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı yeni sanksiyalar nəzərdə tutan qanun layihəsini dəstəkləyəcəyi bildirilir.
CNN-in məlumatına görə, bu barədə adı açıqlanmayan Ağ Ev rəsmisi bildirib.
Qanun layihəsi Rusiya neftini alan ölkələrdən ABŞ-yə idxal edilən məhsullara 500 faizədək gömrük rüsumunun tətbiqini nəzərdə tutur.
“Tramp Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini dəstəkləyəcək”, — deyə məlumatda qeyd olunub.

