Azərbaycanın dünya bazarlarında satılan “Azeri Light” markalı neftinin qiyməti bahalaşıb.
Bir barel Azərbaycan neftinin qiyməti 4,64 dollar və ya 3,8 faiz artaraq 126,59 dollara çatıb.
“Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti isə bir barel üçün 126,69 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar səviyyəsində nəzərdə tutulub.
“Azeri Light” neftinin ən aşağı qiyməti 21 aprel 2020-ci ildə (15,81 dollar), ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

