Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti 3,11 ABŞ dolları və ya 2,98 faiz artaraq bir barel üçün 107,31 dollara çatıb.
Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” neftinin qiyməti də 3,18 dollar və ya 3,15 faiz bahalaşaraq 104,23 dollar təşkil edib.
“Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti isə 106,51 dollar səviyyəsində olub.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 dollar götürülüb. Beləliklə, “Azeri Light”ın hazırkı qiyməti büdcədə nəzərdə tutulan göstəricidən 42 dollardan çox yüksəkdir.

