Azərbaycanın “Azeri Light” markalı neftinin dünya bazarında qiyməti yenidən kəskin artıb.
Məlumata görə, “Azeri Light”ın bir barelinin qiyməti 6,22 dollar və ya 5,5 faiz bahalaşaraq 119,54 dollara çatıb.
Bundan əvvəl Azərbaycan neftinin bir bareli 113,32 dollara satılırdı.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti 65 dollar səviyyəsində nəzərdə tutulub.
Beləliklə, “Azeri Light”ın hazırkı qiyməti büdcədə götürülən göstəricidən 54,54 dollar yüksəkdir.

