Braziliyada dörd nəfərin müəmmalı qətlinin üstü açılıb. Cinayətlərdə San-Paulu şəhərindən olan 36 yaşlı hüquq fakültəsi tələbəsi Ana Paula Veluzu Fernandes ittiham olunur. New York Post yazır ki, qadın beş ay ərzində ardıcıl cinayətlər törədib.
Polis məlumatında qeyd olunub ki, Fernandes “insanlarla manipulyasiya etməyi sevən, qətllərdən zövq alan və heç bir peşmanlıq əlaməti göstərməyən” biridir.
İlk hadisə onun ev sahibinin qətli olub. Fernandes münaqişə zamanı kişini bıçaqladığını və cinayətin izlərini bir neçə gün gizlətdiyini etiraf edib. Hadisə əvvəlcə təsadüfi ölüm kimi qəbul edilsə də, ölənin qızının israrlı tələbi ilə istintaq yenidən açılıb — bu da tələbənin digər qətllərlə əlaqəsini üzə çıxarıb.
Əlavə araşdırma nəticəsində məlum olub ki, Fernandes yanvar-may ayları arasında daha üç nəfəri siçan zəhəri ilə öldürüb. Qurbanların adları belədir: Mariya Aparisida Rodrigeş, Xayder Mxazres və Nil Korrea da Silva.
İstintaqın versiyasına görə, qadın cinayətlərdən öncə zəhəri heyvanlar üzərində sınaqdan keçirib.
Polis onu “soyuqqanlı və manipulyativ manyak” kimi xarakterizə edir.