Xaçmaz rayonunda 2 il öncə baş verən cinayətin üstü açılıb.
"Den.az " - ın Şimal bürosunun məlumatına görə, 2023-cü ilin iyul ayının 18-də Xaçmaz rayon sakini, görmə qabiliyyəti məhdud olan şəxs, 59 yaşlı Gülxar Cahangirovanın itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Ötən iki il ərzində itkin düşən qadının axtarışları aparılıb. Bu günlərdə həmin şəxsin öldürdülərək basdırıldığı məlum olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
İlkin məlumata görə, gözdən əlil qadın taksi sürücüsü tərəfindən qətlə yetirilib.
Cinayət əməlini törətməkdə şüpəli bilinən şəxs polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Nüşabə Baxşıyeva