ABŞ-ın Washington ştatında yaşayış evinin yaxınlığında baş verən silahlı hücum nəticəsində 5 nəfər, o cümlədən 32 yaşlı hücumçu həyatını itirib. Hadisə fevralın 24-ü səhər saatlarında qeydə alınıb.
Məlumat Pierce County Police Department tərəfindən yayılan rəsmi açıqlamada yer alıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, şübhəli şəxs məhkəmənin təmas qadağasını pozub. Hadisə yerinə gələn polis əməkdaşları evin qarşısında insanlara bıçaqla hücum edən şəxsi aşkarlayıblar.
Polis hücumçuya atəş açaraq onu yerində zərərsizləşdirib. Dörd nəfər, o cümlədən hücumçu hadisə yerində ölüb. Ağır yaralanan beşinci şəxs xəstəxanaya çatdırılsa da, sonradan vəfat edib.
İlkin araşdırmalar göstərir ki, məhkəmə qərarı formal olaraq qüvvəyə minməmişdi, çünki şübhəli şəxsə rəsmi şəkildə təqdim olunmamışdı. Bu isə onun hücumu həyata keçirməsinə şərait yaradıb.

