Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşları saxlanılıb.
Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsi tərəfindən axtarılan Alağa İsmayılov Ukraynada, Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən axtarılan Elmir Nuriyev Almaniyada, Binəqədi Rayon Polis İdarəsi tərəfindən dələduzluq maddəsi ilə axtarılan Muraz Qurbanov isə BƏƏ-də saxlanılıb.
Onların olduğu yerlər müəyyən edildikdən sonra şəxslər İnterpol xətti ilə tutulublar.
Hazırda Daxili İşlər Nazirliyi yanında İnterpolun Milli Mərkəzi Bürosu müvafiq qurumlarla birlikdə təqsirləndirilən şəxslərin Azərbaycana ekstradisiyası istiqamətində tədbirlər görür.

