16 
yan
2024
13:06
161

Bakıda silsilə oğurluqlar edən yeniyetmələr tutuldu

16 yan, 2024
13:06
161

Bakıda silsilə oğurluqlar edən yeniyetmələr tutuldu

Bakıda silsilə oğurluqlar edən dəstə saxlanılıb.

Daxili İşlər Nazirliyindən Den.az-a verilən xəbərə görə, müxtəlif vaxtlarda Yasamal rayonu ərazisində bir mağazadan 5660 manat pul, 1150 manat dəyərində ərzaq məhsulları və tütün məmulatı, “Fiat” markalı avtomobildən 1300 manat dəyərində dərman preparatları, bir bərbərxanadan isə bərbər alətləri oğurlanıb.

Bakı şəhər Baş Polis İdarəsi və Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən Yevlax rayon sakinləri olan 3 yeniyetmə saxlanılıb.

Araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar