Tbilisidə quldurluq və girov götürməkdə ittiham olunan şəxs saxlanılıb.
Bu barədə “Rustavi 2” telekanalı Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, mart ayında dəfələrlə məhkum olunmuş təqsirləndirilən şəxs əlaltıları ilə birlikdə Rusiya vətəndaşlarının yaşadığı mənzilə daxil olub.
Cinayətkarlar öldürməklə hədələyərək bir neçə nəfəri döyüb və onları girov götürüblər. Bundan əlavə, zərərçəkənlərin 2 min dollar nağd pulu və bahalı kompüter avadanlıqları ələ keçirilib.
Daha sonra girovların azad edildiyi bildirilib.
Saxlanılan şəxslərə qarşı irəli sürülən maddələr üzrə 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

