DenMedia.az xəbər verir ki, Gürcüstan məhkəməsi qanunsuz gəlirlərin leqallaşdırılmasında ittiham olunan sabiq baş nazir İrakli Qaribaşviliyə qarşı 1 milyon lari (təxminən 367,6 min dollar) məbləğində girov qərarı çıxarıb.
Qərara əsasən, Qaribaşvili ölkəni tərk edə bilməz və girov məbləğini 30 gün ərzində ödəməlidir. İlkin məhkəmə iclası 16 dekabr tarixinə təyin olunub.
Gürcüstan baş prokuroru Georqi Qvarakidze brifinq zamanı bildirib ki, Qaribaşviliyə “xüsusilə böyük miqdarda qanunsuz gəlirlərin leqallaşdırılması” ittihamı irəli sürülüb.
“Gürcüstan Baş Prokurorluğu tərəfindən qanunsuz gəlirlərin xüsusilə böyük həcmdə leqallaşdırılması faktı üzrə Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşviliyə ittiham irəli sürülüb,” — deyə Qvarakidze vurğulayıb.

