Kanadanın Toronto şəhərində baş verən silahlı insident nəticəsində iki nəfər həlak olub, daha beş nəfər yaralanıb.
Bu barədə yerli polisin mətbuat xidməti məlumat yayıb.
Hazırda hüquq-mühafizə orqanları hadisənin başvermə səbəblərini və digər təfərrüatlarını araşdırırlar.
İnsidentlə bağlı əlavə məlumat hələlik açıqlanmayıb.

