Filippində məktəbdə baş verən atışma nəticəsində azı 3 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.
“Inquirer” nəşrinin yerli polisə istinadən yaydığı məlumata görə, hadisə Leyte vilayətinin Takloban şəhərində yerləşən San-Xose liseyində baş verib.
Hüquq-mühafizə orqanları hücumda iştirakda şübhəli bilinən şəxslərdən birini saxlayıb. Bildirilir ki, saxlanılan şəxs yetkinlik yaşına çatmayandır və əvvəllər də qanunla bağlı problemləri olub.
Hadisədə şübhəli bilinən digər şəxsin isə qaçdığı bildirilir. Hazırda polis onun axtarışını davam etdirir.
Bütün yaralılar xəstəxanaya yerləşdirilib. Ölən və yaralanan şəxslərin kimliyi hələlik açıqlanmır.
Polis hadisənin bütün təfərrüatlarını və hücumun mümkün motivlərini araşdırır.

