Masallı rayonunda polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirib.
DenMedia.az apa-ya istinadən xəbər verir ki, keçirilən tədbirlər nəticəsində 45 yaşlı Rafael İsayev saxlanılıb.
O, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquqpozuntusunda iştirakda şübhəli bilinir.
Şübhəlinin idarə etdiyi nəqliyyat vasitəsinə baxış zamanı ümumi çəkisi 9 kiloqram olan narkotik vasitələr aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə Rafael İsayev barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq tədbirləri davam etdirilir.

