Cənubi Koreyada 25 yaşlı universitet məzununun parçalanmış meyiti müəllimlərdən birinin evində aşkarlanıb. Şübhəli şəxs qətl və meyitə qarşı qanunsuz hərəkətlərdə şübhəli bilinərək saxlanılıb. Hadisə ilə bağlı yerli məlumatlarda qurbanın 25 yaşlı çinli məzun olduğu bildirilir.
The Standardın məlumatına görə, meyitin bir hissəsinin atıldığı ehtimal edilir. Hüquq-mühafizə orqanları həmin qalıqların tapılması üçün tullantıların yandırılması müəssisəsində axtarış aparırlar.
İlkin məlumata əsasən, qızın ölümündən sonra şübhəli onun paltarını geyinib, mobil telefonunu götürərək Dongdaegu vağzalına gedib. Telefonun siqnalı sonuncu dəfə həmin ərazidə qeydə alınıb.
Daha sonra kişi özü polisə müraciət edərək qızın itkin düşdüyünü bildirib və özünü onun sevgilisi kimi təqdim edib.
Araşdırma nəticəsində müəllim saxlanılıb. Hazırda cinayətin motivi və hadisənin bütün detalları müəyyənləşdirilir.
Denmedia.az

