Bakının Qaradağ rayonunda yerləşən şirkətlərdən birinin anbarından ümumi dəyəri təxminən 70 min manat olan mobil telefon və aksesuarların oğurlanması barədə polisə məlumat daxil olub.
Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən 33 yaşlı A. Bağırov və 35 yaşlı R. Rasullu müəyyən edilərək saxlanılıblar.
Araşdırma zamanı R. Rasullunun həmin anbarda çalışdığı müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

