Sumqayıtda oğurluq hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, zərərçəkən şəxs polisə müraciət edərək evindən ümumi dəyəri 4 min manat olan qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 31 yaşlı R.Quliyeva müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, onun daha əvvəl başqa bir şəxsə məxsus planşeti də oğurladığı müəyyən edilib.
Faktla bağlı araşdırma davam etdirilir.

