Bakının Nizami rayonunda taksidən pul, mobil telefon və bank kartları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində 37 yaşlı A.Tağıyev müəyyən edilərək tutulub.
Araşdırma zamanı məlum olub ki, o, taksidə sərnişin olarkən sürücünün avtomobildən düşməsindən istifadə edərək salondan 770 manat, mobil telefon və bank kartlarını oğurlayıb.
Faktla bağlı araşdırma davam etdirilir.

