Portuqaliyanın məşhur kurort şəhəri Albufeyrada yerləşən lüks oteldə kişi 34 yaşlı birgə yaşadığı qadını bıçaqlayaraq öldürüb. Hadisənin şahidi onların övladı olub.
“The Sun” nəşrinin məlumatına görə, faciə sentyabrın 1-də “Alfagar Alto da Colina” otelində baş verib.
Qadına çoxsaylı bıçaq xəsarətləri yetirilib. O, təcili tibbi yardım əməkdaşları hadisə yerinə çatmamış həyatını itirib.
Hadisə yerinə gələn polis əməkdaşları otelin dəhlizində qan izləri aşkarlayıblar. Şübhəli şəxs qadın və onların övladı ilə eyni otaqda qalan kişi olub. O, hadisə yerində saxlanılıb.
Portuqaliya polisi və kriminal polis hadisənin bütün hallarını araşdırır. Cinayətin motivi hələlik açıqlanmayıb.

