Rusiya DİN-in regional idarəsinin məlumatına görə, Babayev rayonundakı kəndlərin birində polis əməkdaşları və sosial xidmət işçiləri 6 noyabrda üç azyaşlı uşağın böyüdüyü ailəyə baş çəkərkən, zəncirlə çarpayıya bağlanmış, 1960-cı il təvəllüdlü qadını aşkar ediblər.
Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Həkimlər qadının xəstəxanaya yerləşdirilməsinə qərar veriblər.
İstintaqla müəyyən olunub ki, pensionerin zəncirlənməsi hadisəsində 1982-ci il təvəllüdlü qadın və 1976-cı il təvəllüdlü kişi — yəni evin digər sakinləri — şübhəli şəxs kimi dəyərləndirilir. Hazırda prokuror yoxlaması aparılır.
Regional Səhiyyə Nazirliyinin məlumatına görə, qadını nevroloq və terapevt müayinə edib, lazımi tibbi yardımlar göstərilib və onun sağlamlığına real təhlükə yoxdur.

