Bakının Xəzər rayonunda keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb. Ondan 36 kiloqram narkotik vasitə aşkar edilib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Eminov saxlanılıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitələri sosial şəbəkədə tanış olduğu xarici ölkə vətəndaşı vasitəsilə əldə edib. Həmin şəxsin kimliyi hazırda istintaq tərəfindən müəyyənləşdirilir.
İlkin məlumatlara görə, E.Eminov narkotik vasitələri Bakının müxtəlif ünvanlarına çatdıraraq paytaxt ərazisində satışını təşkil etməyi planlaşdırıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.


