Bakının Suraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən C.Qasımlı saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı C.Qasımlıdan 11 kiloqram narkotik vasitə aşkarlanaraq götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs sosial şəbəkədə tanış olduğu xarici ölkə vətəndaşı vasitəsilə narkotik vasitələri əldə edib və onları sonradan yaymaq məqsədilə Bakıda müxtəlif ünvanlara çatdırmağı planlaşdırıb.
Həmin xarici ölkə vətəndaşının şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə C.Qasımlı barəsində həbs qətimkan tədbiri seçilib.

