Bakının Nizami rayonunda keçirilən əməliyyat zamanı 32 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 33 yaşlı A. Aydınlı və 28 yaşlı G. Həsənov saxlanılıblar.
Saxlanılan şəxslərdən ümumilikdə 32 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.
Araşdırmalar zamanı müəyyən edilib ki, şübhəli şəxslər narkotik vasitələri sosial şəbəkələr vasitəsilə tanış olduqları xarici ölkə vətəndaşlarından əldə ediblər. Hazırda həmin şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Saxlanılan şəxslərin narkotik vasitələri paytaxtın müxtəlif ünvanlarına çatdıraraq satışını təşkil etməyi planlaşdırdıqları müəyyən olunub.
Araşdırma davam etdirilir.

