Gürcüstanın “Qırmızı Körpü” gömrük-keçid məntəqəsində məcburi bəyan edilməli olan külli miqdarda gümüş-zinət əşyalarının ölkəyə keçirilməsinin qarşısı alınıb.
MB.ge-nin Gürcüstanın Gəlirlər Xidmətinə istinadən verdiyi məlumata görə, Gürcüstan vətəndaşının idarə etdiyi yük avtomobilinə ətraflı baxış zamanı gizlədilmiş 9 038 qram gümüş məmulat aşkar edilib.
Bəyan edilməmiş malların gömrük dəyəri 38 289 lari (25 087 manat) təşkil edib.
Faktla bağlı materiallar əlavə araşdırma aparılması üçün Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilib.

