Tovuz Gömrük İdarəsinin əməkdaşları Azərbaycana külli miqdarda dərman preparatlarının qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısını alıb.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
“Qırmızı körpü” gömrük postunda Türkiyədən gələn yük maşınına baxış zamanı bəyan edilməmiş müxtəlif dərman vasitələri aşkar edilib.
Məlumata görə, yükdən 10 449 blister və 1 269 qutu tablet, 848 flakon və 68 ədəd inyeksiya preparatı müsadirə olunub.
Faktla bağlı araşdırma aparılır.

