Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən dərman vasitələri aşkar edilib.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, idarənin "Qırmızı Körpü" gömrük postundan keçməklə ölkəmizə gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Baxış zamanı nəqliyyat vasitəsinin qoşqu hissəsində kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən gömrük orqanına bəyan edilməyən 11 adda 43836 ədəd dərman vasitəsi aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.

