Amerikalı reper Tupak Şakurun qətlini təşkil etməkdə təqsirli bilinən 63 yaşlı Duane Davis ömürlük həbs cəzasına məhkum edilib.
CNN-in məlumatına görə, hökm 13 oktyabrda hakim Karli Kirni tərəfindən elan olunub.
Davis yalnız ən azı 40 il həbsdə qaldıqdan sonra şərti azadlığa buraxılmaq üçün müraciət edə biləcək. Onun artıq həbsdə keçirdiyi 731 gün də bu müddətə daxil ediləcək. Lakin 40 ildən sonra azadlığa buraxılması avtomatik olaraq təmin edilmir.
İttiham tərəfinə görə, Davis 1996-cı ildə Tupak Şakura qarşı hücumu təşkil edib. Hücumun reperin ətrafı ilə Davisin qardaşı oğlu Orlando Anderson arasında yaranan münaqişədən sonra planlaşdırıldığı bildirilir.
Davis Tupaka şəxsən atəş açmaqda ittiham edilməyib.
Tupak Şakur avtomobildə olarkən güllələnib və 6 gün sonra, 25 yaşında həyatını itirib.
Qətlin araşdırılması təxminən 30 il davam edib. İşdə Davisin illər ərzində müsahibələrdə, sənədli filmlərdə və podkastlarda hadisə ilə bağlı danışdıqları mühüm rol oynayıb.
O, 2019-cu ildə yayımlanan xatirə kitabında da hadisə ilə bağlı öz versiyasını təqdim edib.
Duane Davis Tupak Şakurun qətli ilə bağlı ittiham irəli sürülən yeganə şəxsdir.

