Azərbaycanda 1 saylı cəzaçəkmə müəssisəsində məhkuma ayaqqabının içərisində gizlədilmiş narkotik vasitələrin ötürülməsi cəhdinin qarşısı alınıb.
Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Penitensiar Xidmətin əməliyyat bölməsinin əməkdaşları məhkumun atası tərəfindən gətirilən sovqata baxış keçirərkən narkotik vasitələr aşkar ediblər.
Yoxlama zamanı idman ayaqqabısının daban hissəsində xüsusi üsulla gizlədilmiş 16 büküm aşkarlanıb.
Bükümlərdən 13,635 qram heroin, 4,529 qram metamfetamin və 2,825 qram qurudulmuş marixuana tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Ədliyyə Nazirliyi xatırladıb ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların ötürülməsi cinayət məsuliyyəti yaradır.

