Azərbaycanda ötən sutka ərzində cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, oktyabrın 16-da polis əməkdaşları tərəfindən ölkə ərazisində qeydə alınan 34 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin üstü açılıb.
Ümumilikdə, bir gün ərzində 38 cinayətin açılması təmin edilib.

