Gəncədə 60 yaşlı qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Denmedia.az apa-ya istinadən xəbər verir ki, 1966-cı il təvəllüdlü Xoşqədəm Məmmədli mübahisə zəminində bıçaq xəsarəti alıb.
Yaralı qadın xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs onun əri, 1965-ci il təvəllüdlü Adil Məmmədovdur.
Məlumata görə, şübhəli şəxs hadisədən sonra ərazidən qaçıb.
Polis onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.
Faktla bağlı araşdırma aparılır.

