Gəncədə bıçaqlanma hadisəsi baş verib.
“Denmedia.az” xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
2010-cu il təvəllüdlü Tunar Məmmədov mübahisə zəminində bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən 2010-cu il təvəllüdlü A.Hətəmov polis əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb və istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.