Dövlət Maarif Universitetinin tibb fakültəsinin cərrahiyyə kafedrasının müəllimi Aleksandr Umnov xəbərdarlıq edib ki, çoxlu miqdarda qəhvə içmək varikozun inkişafına səbəb ola bilər. DenMedia.az xəbər verir ki, o, NEWS.ru-ya açıqlamasında bildirib ki, bu xəstəliyə meyilli insanlar kofeinli içkilərdən ehtiyatla istifadə etməlidirlər.
“Varikoza meyiliniz varsa və ya artıq bu problemdən əziyyət çəkirsinizsə, qəhvəni çox ehtiyatla içmək lazımdır. Kofeinin təsirlərindən biri damarların daralmasıdır. Gündə üç fincandan çox içildikdə yalnız hipertoniya deyil, həm də aşağı ətraf venalarının varikoz genişlənməsi inkişaf edə bilər,” — deyə Umnov bildirib.
Cərrah izah edib ki, bir fincan qəhvə içdikdə damar spazmı baş verir, bu da böyrəküstü vəziləri aktivləşdirir və adrenalin istehsalını artırır. Nəticədə ürək döyüntüləri tezləşir, qan axını isə beyin, ürək və qaraciyər kimi həyati orqanlara yönəlir.
“Bu zaman aşağı ətrafların dərin venalarında qan həcmi azalır, bu da tromboz və iltihab riskini artırır. Qan belə sahələri ötüb keçməyə çalışır və səthi ven sistemindən istifadə edir, nəticədə damarların normal fəaliyyəti pozulur,” — deyə o əlavə edib.
Həkimin sözlərinə görə, vaxt keçdikcə bu, venaların elastikliyini azaldır, qanın tərs axınını artırır və varikoz xəstəliyinin dərinləşməsinə gətirib çıxarır.