D vitamini orqanizmin ən vacib “tikinti maddələrindən” biridir — onun çatışmazlığı sümüklərdəki kalsiumun azalmasına və bir sıra ciddi fəsadlara gətirib çıxara bilər. Bu barədə diyetoloq Nataliya Lazurenko RT-ə məlumat verib.
“D vitamini yağda həll olunan maddədir və orqanizmdə zəif toplanır. O, sümük toxumasının möhkəmliyinə, dayaq-hərəkət sisteminin işinə, oynaqların elastikliyinə və ürək-damar sisteminin sağlamlığına birbaşa təsir edir,” — deyə həkim izah edib.
D vitamini həmçinin immunitetin möhkəmlənməsində, dərinin, saçın və dırnaqların vəziyyətinin yaxşılaşmasında, eləcə də görmə və hormon balansının qorunmasında mühüm rol oynayır.
Həkimin sözlərinə görə, daha çox D vitamini almaq üçün dəniz məhsulları, xüsusilə balıq və qaraciyər rasiona daxil edilməlidir.