Pendirə tez-tez yer vermək demensiya riskini azalda bilər.
DenMedia.az xəbər verir ki, bu nəticə Nutrients jurnalında dərc olunan tədqiqatda göstərilib.
2019–2022-ci illər arasında aparılan araşdırmaya 65 yaşdan yuxarı 7,9 mindən çox yapon iştirak edib.
Nəticələrə görə, pəndir yeyənlərdə koqnitiv pozğunluq riski 3,4% təşkil edib, halbuki pəndir yeməyənlərdə bu göstərici 4,5% olub.
Alimlər bildiriblər ki, pendirin faydası onun tərkibindəki vitamin K2, zülallar və antioksidantlarla bağlıdır. Bu maddələr bağırsaq fəaliyyətini yaxşılaşdırmaqla yanaşı, damarların vəziyyətinə də müsbət təsir göstərir.

