Şaurmanın ən zərərli tərkib hissəsi sous və mayonezdir.
DenMedia.az xəbər verir ki, bunu NEWS.ru-ya Moskva vilayəti Səhiyyə Nazirliyinin Vidnoye xəstəxanasının terapevti Zarema Ten bildirib.
“Sous şaurmanın ən hiyləgər inqrediyentidir — faydalı yeməyi bir anda kalori bombasına çevirir. Mayonezli- sarımsaqlı sous isə ən populyar və eyni zamanda ən təhlükəli variantdır,” — deyə həkim izah edib.
Onun sözlərinə görə, belə sousların tərkibində rafinə edilmiş günəbaxan yağı, yumurta tozu, şəkər, duz, stabilizatorlar və konservantlar olur.
100 qram sousun enerji dəyəri 500–600 kkal təşkil edir.
“Bir şaurmaya 30–50 qram sous əlavə olunur, yəni təkcə sousdan 200–300 “boş” kalori qəbul edirsiniz,” — deyə Zarema Ten bildirib.
Həkim xəbərdarlıq edib ki, günəbaxan yağındakı yüksək omega-6 yağ turşuları orqanizmdə iltihab proseslərini gücləndirir.
Bu cür sousların müntəzəm istifadəsi artıq çəkiyə, “pis” xolesterinin artmasına və nəticədə aterosklerozun inkişafına gətirib çıxarır.

