Çox vaxt vegetarianlıq hamilə qadın və onun gələcək uşağı üçün təhlükə yaratmır. Lakin bəzi növləri — məsələn, veganlıq və xam qidalanma — təhlükəli ola bilər. DenMedia.az xəbər verir ki, bu barədə “Qazeta.Ru”ya Rusiya Federasiyası Səhiyyə Nazirliyinin V. İ. Kulakov adına Milli Mama-ginekologiya və Perinatalologiya Mərkəzinin ginekoloji endokrinologiya şöbəsinin diyetoloqu Yuliya Moskvıçeva məlumat verib.
Veganlar ən sərt, "yüzfaizlik" vegetariyanlardır — onlar heyvan mənşəli bütün məhsulları qidalanmadan çıxarır. Xam qidalananlar isə hər cür istiliklə işlənmiş qidadan imtina edirlər. Bu, hamiləlik zamanı ən çətin qidalanma formalarıdır. Onlar dəmir, B12 vitamini, omega-3-6, sink və dölün inkişafı, eləcə də ananın sağlamlığı üçün vacib olan digər maddələrin çatışmazlığı riskini artırır, — deyə həkim bildirib.
Onun sözlərinə görə, sərt veganlıq və xam qidalanma çox vaxt az çəkili körpələrin doğulmasına gətirib çıxarır.
Qidaların enerji sıxlığı istiliklə işlənmədən sonra artır. Yəni eyni məhsuldan istilik emalı nəticəsində daha çox enerji və kalori əldə etmək mümkündür. Zülal — hətta bitki mənşəli olsa da — istiliklə işlənmədən sonra daha yaxşı mənimsənilir, eynilə D, E, A, K kimi yağda həll olunan vitaminlər kimi. Vegan və ya xam qidalanan qadının öz bədən çəkisi çatışmaz ola bilər, yəni bədən kütləsi indeksi (BKİ) 18,5-dən aşağı düşür ki, bu da sağlamlıq problemlərinə gətirib çıxarır. Zülal və dəmir göstəricilərinin azalması dölün inkişafına mənfi təsir edir və bu, USM zamanı onun boy və çəki ölçülərində özünü göstərir, — deyə həkim əlavə edib.
Mütəxəssislər çox vaxt hamilə qadınlara veganlıq və xam qidalanmadan imtina edib vegetarianlığı seçməyi məsləhət görürlər.
1990-cı illərdə vegetarianlar üçün menyu tərtib etmək çətin idi, çünki məhsul seçimi məhdud idi. İndi isə müxtəlif növ qoz-fındıqlar, toxumlar və vegetarian protein batonları var, bu da zəruri kalori miqdarı və zülal-yağ-karbohidrat balansını təmin edən menyu hazırlamağı asanlaşdırır,— deyə həkim yekunlaşdırıb.

