Life nəşri SHOT kanalına istinadla yazır ki, pişik və itlərdə ürək problemləri son vaxtlar daha tez-tez müşahidə olunur və bu hal sahiblərin emosional gərginliyi və stressi ilə birbaşa əlaqələndirilir.
Məlumata görə, pişiklər arasında mейн-kun, rеqdoll və britan cinsləri, itlər arasında isə labradorlar, retriverlər, ovçarkalar və dobermanlar ürək xəstəliklərinə daha çox meyllidirlər.
Əsas səbəb kimi sahiblərin davranışı göstərilir: qışqırıqlar, ailə və dostlarla mübahisələr, iş gərginliyi — bütün bunlar heyvanlarda stress və ürək-damar problemlərinə səbəb olur.
Veterinar Yuliya Qradova bildirib ki, insan davranışından qaynaqlanan stress heyvanlarda koronar damarların daralmasına, ishemiyaya və hətta kiçik, simptomsuz infarktlara gətirib çıxara bilər. Ən çox risk altındakılar — yaşlı, iri cins itlərdir.
“Qusma, halsızlıq və nəfəs darlığı kimi əlamətlərə diqqət yetirmək lazımdır,” — deyə mütəxəssis xəbərdarlıq edib.
Həkimlər ürək USM müayinəsini 6 aylıqda, sonra 1 yaşında və daha sonra baytarın göstərişi ilə təkrarlamağı tövsiyə edir. Ürək nəzarəti erkən yaşdan aparıldıqda, ağırlaşma riski xeyli azalır.

