Rusiyalı biogerontoloq, Akademik B. V. Petrovski adına Mərkəzin uzunömürlülük üzrə mütəxəssisi Aleksey Moskalyov bildirib ki, insanın nə qədər yaşayacağına ən güclü təsir edən amil irsiyyətdir.
Onun sözlərinə görə, ailəsində uzunömürlü insanlar olan şəxslərin ömrünün uzun olması ehtimalı 10–15%-dən 40%-ə qədər artır.
Moskalyov qeyd edib ki, maraqlı məqam odur ki, uzunömürlü şəxslər adətən xüsusi sağlam həyat tərzi keçirmirlər — siqaret, çəki, alkoqol kimi faktorlarda çox vaxt digərlərindən fərqlənmirlər.
Alimin fikrincə, onları digərlərindən fərqləndirən əsas xüsusiyyət yüksək stresədavamlılıqdır. Məhz bu xüsusiyyət insanlara həm daha uzun, həm də daha sağlam yaşamağa kömək edir.

