Türkiyənin Zonquldaq vilayətində iki nəfər məktəbin həyətində qoyulmuş Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün büstünü oğurlayıb.
Denmedia.az xəbər verir ki, şübhəlilər büstü metal tullantısı kimi satmağa çalışıblar.
Lakin büstü sata bilməyən şəxslər onu meşəlik əraziyə atıblar.

Polis əməkdaşları şübhəlilərin kimliyini müəyyənləşdirərək onları saxlayıblar.
Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

