Hamiləlik dövründə qəhvə və bəzi çiy dəniz məhsulları düşük riskini artıra bilər.
DenMedia.az xəbər verir ki, bu barədə NEWS.ru-ya ginekoloq Larisa Arefyeva məlumat verib. Onun sözlərinə görə, bu qidalar təhlükəli bakteriyalar, toksinlər və ya hamiləlik üçün zərərli ola biləcək artıq miqdarda vitaminlər daşıya bilər.
Mütəxəssis vurğulayıb ki, ən böyük təhlükə pastеrizə olunmamış süd məhsulları və yumşaq pendirlərdir. Bri, kamamber, mavi kifli pendirlər və digər oxşar növlər listerioz infeksiyası riski yaradır—bu xəstəlik hamilələr üçün xüsusilə ağır keçir.
Arefyevanın sözlərinə görə:
«Hamilələr çiy və ya yaxşı bişməmiş ət, balıq və dəniz məhsullarından uzaq durmalıdır. Məsələn, çiy qızılbalıqlı suşi və ya tartar ciddi zəhərlənməyə səbəb ola bilər. Həmçinin, artıq qəhvə qəbul etmək düşüklərin və az çəki ilə doğuşun riskini artırır».
Həkim bildirib ki, civə ilə zəngin böyük balıqlar — məsələn ton balığı— da hamilələr üçün təhlükəlidir, çünki civə dölün sinir sisteminə zərər verə bilər.
Arefyeva əlavə edib ki, hamilə qadınlar kifləmiş məhsullar, qaraciyər paşteti, kolbasa, treska qaraciyərindən hazırlanmış balıq yağı, eləcə də qara biyan kökü siroplardan tamamilə imtina etməlidir:
«Bu maddə körpənin inkişafına mənfi təsir göstərə bilər. Həmçinin hamilələr kifləmiş istənilən qidanı rasiondan çıxarmalıdır».

