Hər gün fiziki aktivlik və zərərli vərdişlərdən imtina prostat adenoması riskinin azalmasına kömək edə bilər. Bu barədə “Krasnodar” telekanalına həkim Aleksandr Goryaçev bildirib.
O məsləhət görüb ki, gündə ən azı altı kilometr piyada gəzmək və yavaş tempdə çömbəlmə hərəkətləri etmək lazımdır.
“Çanaq dibi əzələlərini möhkəmləndirmək və sidiyə nəzarəti yaxşılaşdırmaq üçün Kegel məşqləri etmək faydalıdır: sanki sidiyi saxlamaq istəyirmiş kimi əzələləri yavaşca gərmək, beş saniyə saxlamaq və bunu 10–15 dəfə təkrarlamaq.”
Həkimin sözlərinə görə, adenomanın inkişafının əsas səbəbi prostat vəzinin aktivliyinin azalmasıdır. Risk faktorlarına prostatit, həmçinin az hərəkətli həyat tərzi, siqaret çəkmə və spirtə aludəçilik nəticəsində çanaq nahiyəsində qan durğunluğu daxildir.

