DenMedia.az xəbər verir ki, Böyük Britaniyanın sabiq baş naziri Devid Kemeron The Times nəşrinə verdiyi müsahibədə etiraf edib ki, 2024-cü ildə onda prostat xərçəngi aşkarlanıb.
Onun sözlərinə görə, ötən il o, prostat-spesifik antigen (PSA) üzrə analiz verib və nəticə yüksək çıxıb. Bundan sonra ona MRT və biopsiya keçirmək lazım olub. Kemeron əlavə edib ki, terapiya kursu keçib, daha sonra yenidən MRT etdirib və bu, onun üçün “böyük bir yüngülləşmə” olub.
Kemeron bildirib:
“Mən şəxsi, intim sağlamlıq problemlərimi müzakirə etməyi xüsusilə sevmirəm, amma bunu etmək borcumu hiss edirəm... Əgər çıxıb deməsəydim ki, mənim belə bir təcrübəm var, özümü pis hiss edərdim...”

