Qadınlar sağlamlıqlarına zərər vermədən 5–6 ay ərzində bədən quruluşlarını dəyişə bilərlər. Bu barədə NEWS.ru-ya açıqlamasında Milli Fitnes İcmasının prezidenti Yelena Silina bildirib.
Onun sözlərinə görə, həftə ərzində bədən çəkisinin 0,3–0,6 faizi qədər çəki itirmək ən təhlükəsiz və dayanıqlı üsul sayılır. Bu temp yağ kütləsinin azalmasına, hormon balansının qorunmasına və əzələ tonusunun saxlanmasına imkan verir.
Silina vurğulayıb ki, fizioloji baxımdan 5–6 ay – yəni yay tətilinə qədər olan dövr – fiquranı sağlam şəkildə formalaşdırmaq üçün real vaxtdır. Bu müddətdə bel və omba ölçüləri azalır, bədəndə relyef yaranır və ümumi fiziki forma nəzərəçarpacaq dərəcədə yaxşılaşır.
Ekspert eyni zamanda qadınların tez-tez buraxdığı əsas səhvlərdən birinə diqqət çəkib. Onun sözlərinə görə, arıqlamaq avtomatik olaraq gözəl fiqura sahib olmaq demək deyil. Güc məşqləri olmadan çəki itirənlərdə bədən həcmi azalsa da, görünüş “yumşaq”, dərinin isə daha az elastik olması müşahidə olunur.
Bu halın əsas səbəbi yağla yanaşı əzələ kütləsinin də itirilməsidir. Mütəxəssis bildirib ki, gözəl və sağlam bədən üçün çəki itkisi mütləq düzgün məşq proqramı ilə müşayiət olunmalıdır.

