Yuxu rejiminin pozulması Alzheimer xəstəliyinin inkişaf riskini artıra bilər. Bu barədə somnoloq Dmitri Yakovlev bildirib.
Onun sözlərinə görə, nizamsız yuxu zamanı insanın bioloji ritmləri pozulur, bu isə zamanla xroniki yuxusuzluq və hətta depressiyaya səbəb ola bilər.
Mütəxəssis xəbərdarlıq edib ki, pozulmuş yuxu rejimi “sosial jetlag” adlanan vəziyyətə gətirib çıxarır. Bu hal isə beynin limfa sisteminin fəaliyyətini zəiflədir. Halbuki məhz həmin sistem beyni toksinlərdən təmizləyir. Nəticədə, uzunmüddətli pozuntu Alzheimer riski ilə əlaqələndirilir.
Həkim vurğulayıb ki, həftə ərzində yığılan yuxusuzluğu yalnız həftəsonu “yataraq kompensasiya etmək” mümkün deyil. Beyin tam bərpa olunmağa çatmır. Ən düzgün yanaşma hər gün eyni saatda yatmaq və oyanmaqdır.
Orta hesabla insan orqanizmi üçün 7–9 saat yuxu tövsiyə edilir, lakin bu göstərici fərdi xüsusiyyətlərdən asılı olaraq dəyişə bilər.

