Somnoloq Yelena Tsareva bildirib ki, yaz aylarında yaranan yuxululuq vitamin çatışmazlığı və psixoloji vəziyyətin pisləşməsi ilə bağlı ola bilər.
Onun sözlərinə görə, qış ərzində orqanizm faydalı maddə ehtiyatlarını tükəndirir. Xüsusilə:
- Vitamin D
- B qrupu vitaminləri
- Yod və dəmir
çatışmazlığı daha çox hiss olunur.
“Əgər səhər enerjili oyanış yoxdursa, deməli, artıq nəsə qaydasında deyil.”
Həkim qeyd edib ki, bəzən sadə addımlarla vəziyyəti yaxşılaşdırmaq mümkündür — məsələn, otaqları daha çox havalandırmaq, gün işığından maksimum istifadə etmək.
Eyni zamanda yaz mövsümündə depressiya və narahatlıq halları da tez-tez kəskinləşir və bu da özünü yuxululuq kimi göstərə bilər.

