Çoxumuzun mətbəxində tez-tez rast gəlinən, amma dəyəri yetərincə bilinməyən bir qida var — qara gavalı qurusu. Adətən tək halda və ya səhər yeməklərinə əlavə edilərək istifadə olunur, lakin əslində bu məhsul güclü faydaları ilə seçilən qida mənbəyidir. Mütəxəssislər bildirirlər ki, qara gavalı qurusu yalnız həzmə kömək etmir, eyni zamanda antioksidantlarla zəngin olduğu üçün sağlamlığa geniş təsir göstərir. “Ödem sandığınız şey aslında karbonhidrat” — deyə Hanieh Vidmar vurğulayır və əlavə edir ki, bu məhsul sadəcə həzmi yaxşılaşdırmaqdan daha çox dəyərə malikdir. Araşdırmalara görə, qara gavalı qurusu lif və sorbitol adlı təbii maddə sayəsində bağırsaqların fəaliyyətini yaxşılaşdırır və qəbizliyin aradan qaldırılmasına kömək edir. Eyni zamanda, bu qida qadın sağlamlığı üçün xüsusilə önəmlidir. Onun tərkibində olan K vitamini, kalium və antioksidantlar sümük sağlamlığını dəstəkləyir və osteoporoz riskini azaltmağa kömək edir. Qara gavalı qurusu həmçinin bağırsaq mikroflorasını yaxşılaşdıraraq uzunmüddətli həzm sağlamlığına dəstək verir və bəzi araşdırmalara görə, bağırsaq xərçəngi riskinin azalmasına da təsir göstərə bilər. Gündə 3-5 ədəd qara gavalı qurusu istehlakı ümumi sağlamlıq üçün kifayət hesab olunur. Lakin həddindən artıq istifadə şişkinlik və həzm problemlərinə səbəb ola bilər.



Xərçəngə qarşı silah, amma həddi var - FOTO
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.


